...

Azərbaycanın müxalifət partiyası İran səfirliyi qarşısında piket keçirəcək

Siyasət Materials 9 Fevral 2009 13:41 (UTC +04:00)

Azərbaycan, Bakı, 09 fevral / Trend , müxbir C.Babayeva/ Azərbaycanın müxalif Vətəndaş Həmrəyliyi Partiyası (VHP) İran səfirliyi qarşısında piket keçirməyi planlaşdırır.

Partiyanın gənclər təşkilatı İranın "Səhər" kanalının Azərbaycan dövlətçiliyinə qarşı antitəbliğatına etiraz əlaməti olaraq fevralın 17-də İran səfirliyi qarşısında piket keçirməklə bağlı bu gün Bakı Şəhər İcra Hakimiyyətinə müraciət edib, - bazar ertəsi Trend -a VHP mətbuat xidmətindən məlumat verilib.

Trend -un arayışı: Partiya "Səhər" kanalının uzun müddətdir ki, Azərbaycan dövlətçiliyinə qarşı silsilə verilişlər təqdim etdiyini, Azərbaycanın dövlət və elm xadimlərini, ziyalı və nüfuzlu şəxslərini ləkələmək üçün ağlasığmaz böhtanlar atdığını, əxlaqa yaraşmayan təhqirlərə yol verdiyini bildirir.

VHP "Səhər" kanalının Azərbaycanda yayımının qarşısını almaq üçün Azərbaycanın dövlət qurumlarına müraciət edib.

21 fevral Beynəlxalq Ana Dili Günü olduğu üçün piketdə həmçinin Güney Azərbaycan türklərinin hüquqları, onların öz ana dillərində təhsil almaları ilə bağlı da tələblər da səsləndiriləcək.

Trend -un arayışı: VHP Milli Azadlıq Hərəkatının liderlərindən olan Sabir Rüstəmxanlının rəhbərliyi altında 1992-ci ildə bir qrup ziyalı tərəfindən yaradılıb. Həmin il dövlət qeydiyyatına alınan partiyanın 80 rayonda yerli təşkilatı fəaliyyət göstərir, 35 mindən artıq üzvü var. Partiyanın sədri millət vəkili, xalq şairi Rüstəmxanlıdır.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti