...

Azərbaycan və Küveyt arasında iqtisadi sahədə əməkdaşlıq üzrə saziş imzalanacaq – səfir

Siyasət Materials 10 Fevral 2009 13:31 (UTC +04:00)

Azərbaycan, Bakı, 10 fevral / Trend , müxbir C.Babayeva/ Azərbaycan prezidenti İlham Əliyevin çərşənbə axşamı Küveytə başlanan rəsmi səfəri zamanı Azərbaycan və Kuveyt arasında iqtisadi əməkdaşlığın inkişafına dair bir neçə saziş imzalanacaq.

Azərbaycanın Küveytdəki səfiri Şahin Abdullayevin Əl-Küveytdən telefonla Trend -a verdiyi məlumata görə, sənədlər ticari-iqtisadi əməkdaşlıq, turizm və maliyyə sahələrini əhatə edəcək.

Azərbaycan Dövlət Statistika Komitəsinin məlumatına əsasən, 2008-ci ilin yanvar-noyabr ayları ərzində Küveytdən Azərbaycana idxal 502,4 min dollar təşkil edib. İxrac olmayıb.

Azərbaycan prezidenti İlham Əliyev Küveyt əmiri Sabah əl-Əhməd əs-Sabahın dəvəti ilə fevralın 10-11-də bu ölkədə səfərdə olacaq.

Səfər zamanı əmir, prlament rəhbəri Casem əl-Xarafi və Küveytin Baş naziri Nasir əl-Məhəmməd əs-Sabah ilə görüşlərin keçirilməsi planlaşdırılıb. Səfir bildirib ki, danışıqlarda ikitərəfli və regional münasibətlərin bütün spektrları müzakirə olunacaq.

Məqalə müəllifi ilə əlaqə ünvanı -  [email protected]

Xəbər lenti

Xəbər lenti