...

Beynalxalq istintaq komissiyasına Gürcüstan parlamentinin materialları təqdim olunub

Siyasət Materials 10 Fevral 2009 20:20 (UTC +04:00)

Gürcüstan, Tbilisi, 10 fevral / Trend , muxbir N.Kirtsxaliya/ Gürcüstan parlamentinin sədr muavini Paata Davitaya beynalxalq istintaq komissiyasına avqust ayında baş vermiş gürcü-rus müharibəsinə aid foto və videomaterialları təqdim edib.

Gürcüstan-Rusiya müharibəsi faktlarının tədqiqatı üzrə müstəqil beynəlxalq komissiyanın rəhbəri Haydi Talyavini və onunla bərabər Gürcüstanda olan ekspertlər Qanunverici Orqanın sədri David Bakradze ilə görüşdən sonra Gürcüstan parlamentinin müvəqqəti sədri ilə həmin hadisələrin Paata Davitaya tərəfindən yoxlanması barədə söhbət ediblər. Davitayanın sözlərinə görə, sabah onlar ətraflı şəkildə avqust hadisələri ilə bağlı parlament komissiyasi tərəfindən hazırlanmış material ilə tanış olacaqlar. Jurnalistlərlə söhbətdə Davitaya onu da bildirib ki, ekspert qrupuna əlavə bir məlumat da veriləcək. Çünki onları ötən əsrin 90-cı illərində baş verən hadisələr də maraqlandırır.

Məqalənin müəllifi ilə əlaqə üçün- [email protected]

Xəbər lenti

Xəbər lenti