...

Patarkaşvilinin həyat yoldaşının mülkiyyətin bir hissəsini Berezovskiyə verməsi barədə  sənəd elan edilib

Siyasət Materials 11 Fevral 2009 19:19 (UTC +04:00)

Gürcüstan, Tbilisi, 11 fevral / Trend , müxbir N.Kirsxalia/ Cozef  Keyin vəkilləri bugün Badri Patarkaşvilinin həyat yoldaşı İnna Qudavadzenin mərhum oliqarxın mülkiyyətinin 50%-ni Boris Berezovskiyə verməsi barədə sənədin sürətini təqdim ediblər.

Vəkillərin açıqlamasına görə, Berezovski məhz bu sənədə əsasən London məhkəməsinə müraciət edib və Patarkaşvilinin mülkiyyətinin yarısını tələb edib.

Sənədə əsasən, Qudavadze oliqarxın ölümündən bir neçə gün keçmiş, 25 fevral 2008-ci il tarixində  mülkiyyətin yarısını Berezovskiyə verib. Sənəd oğlundan başqa Patarkaşvilinin bütün ailə üzvləri tərəfindən imzalanıb.

Mətbuat konfransında Cozef  Key də iştirak edib və məhz bu razılığın Berezovskinin axtarışına səbəb olduğunu bildirib.

Onun sözlərinə görə, əmisi oğlunun [Badri Patarkaşvili] son istəyini yerinə yetirir və biznesmenin də istədiyi kimi mülkiyyətini varisləri arasında böləcək.

"Vurğulayıram -  arasında Berezovskinin və mənim adımın yad edilmədiyi, varislər", - Key əlavə edib.

Məqalənin müəllifi ilə əlaqə: [email protected]

Xəbər lenti

Xəbər lenti