İranın dini lideri Ayətulla Əli Xamneyi həbsdə olan 1167 nəfər siyasi, hərbi və mülki məhbus barədə əfv fərmanı imzalayıb.
Ədliyyə naziri Haşimi Şahrudi (Hashemi Shahroudi) İslam İnqilabının 30 illiyi ilə bağlı Əli Xamneyiyə müraciət məktubu yollayıb. Məktubda 1167 məhbusun əfv edilməsi xahiş olunur. Bu barədə İranın "Fars" agentliyi xəbər verib.
Əli Xamenyi həmin məhbusların əfv olunması barədə fərman imzalayıb.