...

Azərbaycan polisi Rusiya tərəfindən beynəlxalq axtarışda olan azərbaycanlını tutub

Siyasət Materials 12 Fevral 2009 13:41 (UTC +04:00)

Azərbaycan, Bakı, 12 fevral / Trend , müxbir K.Zərbalıyeva / Azərbaycan polisi Rusiya Federasiyası tərəfindən beynəlxalq axtarışda olan azərbaycanlını tutub.

DİN-in mətbuat xidmətindən cümə axşamı Trend -a verilən məlumata görə, Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Rusiyanın Cinayət Məcəlləsinin zəruri müdafiə həddini və ya cinayət törətmiş şəxsin tutulması üçün zəruri həddi aşmaqla adam öldürmə (108-ci) maddəsi ilə axtarışda olan Rasim Abdullazadə saxlanılıb.

Onun Rusiyaya ekstradisiyası üçün tədbirlər görülür.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti