Azərbaycan, Bakı, 13 fevral / Trend / Azərbaycan Respublikasının Prezidenti "Ətraf mühitə və insan sağlamlığına mənfi təsir göstərən vibrasiya və səs-küy çirklənmələri normaları"nin icrasının təmin edilməsi barədə" fərman imzalayıb, - bu barədə AzərTAc informasiya agentliyi məlumat yayıb.
"Ətraf mühitə və insan sağlamlığına mənfi təsir göstərən vibrasiya və səs-küy çirklənmələri normalarının təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 8 iyul tarixli 796 nömrəli Fərmanının 2.1-ci bəndinin icrasına uyğun olaraq, əhalinin yaşadığı, istirahət etdiyi və sıx olduğu yerlərdə ətraf mühütə və insan sağlamlığına mənfi təsir göstərən nəqliyyat və başqa vasitələrin yaratdığı vibrasiya və səs-küy normalarının nizamlanması ilə əlaqədar Səhiyyə, Ekologiya və Təbii Sərvətlər, Daxili İşlər Nazirliklərinə tapşırıq verilib.