...

İran pilotsuz təyyarə hazırlayıb

Siyasət Materials 14 Fevral 2009 13:57 (UTC +04:00)
İran pilotsuz təyyarə hazırlayıb

İran, Tehran, 14 fevral / Trend , müxbir А.Namdari/ "İran uçuş uzaqlığı 2000 kilometr olan pilotsuz təyyarə hazırlayıb", - Sepah hərbi-hava qüvvələrinin ("İslam inqilabının keşikçiləri korpusu") komandanı bildirib.

General Hüseyn Salaminin Məşhəddə verdiyi bəyanatına görə, İran hərbi avadanlığın yaradılması və onun proqram təminatı sahəsində ideal səviyyəyə çatıb.

"Tehran elə bir səviyyəyə çatıb ki, artıq heç bir xarici düşmən ona təhlükə yarada bilməz", - Sepah HHQ-nin komandanı əlavə edib.

"Pilotsuz təyyarə məkanın şəkillərini çəkə və amerika təyyarə gəmilərində baş verən bütün hadisələri qeydə ala bilər", - Salami vurğulayıb.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti