Azərbaycan Prezidenti İlham Əliyev cümə axşamı İranın xarici işlər naziri, Azərbaycan-İran Hökumətlərarası Komissiyasının həmsədri Mənuçehr Mottəkinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Məlumatı AzərTAc dövlət informasiya agentliyi yayıb.
Görüşdə iki ölkə arasında əlaqələrin müxtəlif sahələrdə inkişafından məmnunluq ifadə olunub. İranın xarici işlər nazirinin Azərbaycana bu səfərinin əlaqələrin daha da genişləndirilməsi baxımından əhəmiyyəti vurğulanıb, Azərbaycan və İran arasında ikitərəfli münasibətlərin bundan sonra da inkişaf edəcəyinə əminlik ifadə olunub.