Türkiyə, Ankara, 20 fevral / Trend , müxbir A.Ələskərov/ Xarici işlər naziri Əli Babacan Bəhreyndə rəsmi səfərdədir. O, Baş nazir Xəlif ibn Salman Əl-Xəlif və həmkarı Xalid ibn Əhməd Əl-Xəliflə görüşüb.
"Star"dan verilən məlumata əsasən, rəsmilər Qəzzadakı vəziyyət və İsraillə HƏMAS hərakatı arasında sülhün əldə olunması məsələsi də daxil olmaqla, regional və beynəlxalq məsələləri müzakirə ediblər. Regiondakı vəziyyəti həssas adlandıran türkiyəli nazir bildirib ki, problemi daha geniş müstəvidə müzakirə etmək vacibdir. Babacan, həmçinin Qəzza bölgəsinin blokadasını tənqid edərək tez bir zamanda buna son qoyulmasına çağırıb.