...

İran və Azərbaycan arasında olan münasibətlər digər region ölkələrinə nümunə ola bilər - prezident İlham Əliyev

Siyasət Materials 10 Mart 2009 15:16 (UTC +04:00)

Azərbaycan prezidenti İlham Əliyev İrana səfəri zamanı bildirib ki, iki ölkə regionda sabitlik və təhlükəsizliyin təminində təsirli rola malikdir.

"İran və Azərbaycan arasında olan münasibətlər digər region ölkələrinə nümunə ola bilər", - Azərbaycan prezidenti İran prezidenti Mahmud Əhmədinejadla görüşündən sonra bəyanatında bildirib, MEHR Xəbər Agentliyi məlumat verib.

İran və Azərbaycan nümayəndə heyətinin müştərək müzakirələri martın 10-da Tehranda Azərbaycan prezidenti İlham Əliyev və İran prezidenti Mahmud Əhmədinejadın sədrliyi ilə keçirilib.

İki ölkə prezidentləri beynəlxalq və regional məsələlər barədə bir saata yaxın müzakirə aparıblar. 

İki ölkə prezidentləri birgə bəyanatında bildiriblər ki, İran və Azərbaycan arasında ikitərəfli əməkdaşlığın inkişafında məhdudiyyət yoxdur. İran və Azərbaycan arasında bütün sahələrdə, o cümlədən iqtisadi, siyasi, mədəniyyət və sənaye sahəsindəki əməkdaşlıqlar hər gün artmaqdadır.

Prezidentlər iki ölkə arasında əməkdaşlıq potensialının böyük olduğunu bildiriblər. "Enerji, yük daşımaları, tranzit, elektrik enerjisi, qaz və bank sahəsində əməkdaşlıqların inkişafı üçün Tehran və Bakı arasında geniş potensial mövcuddur", - deyə prezidentlər qeyd ediblər.

İran prezidenti bildirib ki, Qərb ölkələri öz problemlərini digər ölkələrə, o cümlədən İran və Azərbaycana ixrac etmək niyyətindədirlər. "Lakin biz müştərək əlaqələrimizi inkişaf etdirməklə İran və Azərbaycan xalqlarına qarşı ola biləcək ziyanların qarşısını almalıyıq", - İran prezidenti əlavə edib.

Əhmədinejad Azərbaycanın inkişafının regionun xeyrinə olduğunu vurğulayıb. "İranın öz nailiyyətlərini və təcrübələrini Azərbaycanla bölüşməkdə heç bir məhdudiyyət yoxdur", - deyə Əhmədinejad bildirib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti