...

Baş Prokurorluq qətlə yetirilən azərbaycanlı generalın cinayət işi üzrə intensiv əməliyyat-istintaq hərəkətlərini davam etdirir

Siyasət Materials 12 Mart 2009 12:26 (UTC +04:00)

Azərbaycan, Bakı, 12 mart / Trend , müxbir K.Zərbalıyeva /

Azərbaycan Hərbi Hava Qüvvələri və Hava Hücumundan Müdafiə Qoşunlarının rəhbəri, general-leytenant Rail Rzayevin qətli ilə əlaqədar başlanmış cinayət işinin istintaqı üzrə intensiv əməliyyat-istintaq hərəkətləri davam etdirilir, cümə axşamı  Trend -a Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov məlumat verib.

Trend -un arayışı: Rzayev fevralın 11-də İsmayıl Qutqaşınlı küçəsi, 125 ünvanında, yaşadığı evin qarşısında xidməti avtomobilində odlu silahla qətlə yetirilib.

Generalın qətli ilə bağlı Respublika Baş Prokurorluğunda Cinayət Məcəlləsinin qəsdən adam öldürmə (120 maddə) və qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatını, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə (228-ci maddə) maddələri ilə cinayət işi açılıb.

Generalın qətlinin araşdırılması üçün Respublika Baş Prokurorluğu, Daxili İşlər və Milli Təhlükəsizlik nazirliklərinin peşəkar əməkdaşlarından ibarət əməliyyat-istintaq qrupu yaradılıb.

Mətbuat xidmətinin rəhbəri bildirib ki, istintaqla bağlı hər hansı bir yenilik yoxdur.

Sultanovun sözlərinə görə, istintaq sirri olduğundan onun təfərrüatları hələlik açıqlanmır.

Trend -un arayışı: Rzayev 1945-ci il martın 10-da Azərbaycan Respublikasının Bakı şəhərində anadan olub. 1978-ci ildə Marşal Jukov adına Hava Hucumundan Müdafə Hərbi Akademiyasını bitirib.

1966-cı ildən Hava Hucumundan Müdafiə Qoşunlarının Bakı Hərbi Dairəsində, 1969-cu ildən N saylı hərbi hissələrdə müxtəlif vəzifələrdə çalışıb. 1978-ci ildən N saylı hərbi hissədə diviziya komandiri, 1980-cı ildən hərbi hissə komandirinin müavini, 1982-ci ildən hərbi hissə komandiri vəzifələrində işləyib. 1993-cu ilin iyun ayından Azərbaycan Respublikası müdafiə nazirinin müavini - HHQ və HHM Qoşunları komandanı olub.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti