...

Azərbaycanın Böyük Britaniyadakı səfirliyi referendumda iştirakla bağlı 350-yə yaxın vətəndaşa bildiriş göndərib

Siyasət Materials 13 Mart 2009 10:15 (UTC +04:00)

Azərbaycan, Bakı, 13 mart / Trend , müxbir E.Rüstəmov /

Azərbaycanın Böyük Britaniyadakı səfirliyi Konstitusiyaya əlavə və dəyişikliklərin edilməsi üzrə referendumda iştirakla bağlı konsul siyahısında olan 350-yə yaxın Azərbaycan vətəndaşına bildiriş göndərib, cümə günü Trend -a səfirlikdən telefonla məlumat verilib.

Trend -un arayışı: Martın 18-də Konstitusiyanın 29-cu maddəsinə əlavə və dəyişikliklərin edilməsi məsələsi üzrə referendum keçiriləcək.

Referendum üzrə "Yeni Azərbaycan", "Şəhər", "Tərəqqi", "Hüquq və demokratiya", "Vətəndaş cəmiyyəti", "Davamlı inkişaf naminə", "Zəka", "Qarabağ və Respublika uğrunda hərəkat" və "Respublikaçılar" təşəbbüs qrupları MSK-da təşviqat qrupları kimi qeydiyyata alınıblar.

Azərbaycan Konstitusiyası 1995-ci ildə qəbul edilib, 2002 - ci ildə Əsas Qanuna əlavə və dəyişikliklər edilib.

Səfirlikdən bildiriblər ki, referendumla bağlı hazırlıq işləri yekunlaşmaq üzrədir.   

Referenduma hazırlıq çərçivəsində Britaniyada müvəqqəti yaşayan və səfirlikdə konsul qeydiyyatına alınmış seçki hüququna malik vətəndaşların siyahısı tərtib edilmiş və referendumla bağlı müvafiq məlumatlandırma işləri aparılıb. Səfirlikdə referendumun həyata keçirilməsi ilə bağlı seçki komissiyası formalaşdırılıb və komissiya referendumun yüksək səviyyədə keçirilməsi istiqamətində tədbirlər görüb", - səfirlikdən deyiblər.

Referendum günü vətəndaşlar səfirlikdə yaradılmış seçki məntəqəsində saat 08.00-dan axşam 19.00-a qədər səs verə biləcəklər. 

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti