...

Azərbaycanda referendumu izləyəcək beynəlxalq müşahidəçilərin sayı 160-a, yerli müşahidəçilər isə 47 minə yaxındır

Siyasət Materials 14 Mart 2009 12:32 (UTC +04:00)

Azərbaycan, Bakı, 14 mart / Trend , müxbir C.Babayeva /

Azərbaycan Mərkəzi Seçki Komissiyasında (MSK) referendum üzrə 160 beynəlxalq müşahidəçi, 47 minə yaxın yerli müşahidəçi qeydiyyata alınıb, - şənbə günü Trend -a MSK-nın beynəlxalq əlaqələr şöbəsinin müdiri Rövzət Qasımov məlumat verib.

Beynəlxalq müşahidəçilər AŞ PA və MDB Parlament Assambleyası, MDB İcraiyyə Komitəsi, Avropa Şurası, ABŞ-ın Azərbaycandakı səfirliyi, Rusiya səfirliyi, Böyük Britaniya səfirliyi, Norveç səfirliyi, İtaliya və Almaniya, Bolqarıstan və Fransa, Polşa, Seçki Sistemləri üzrə Beynəlxalq Fond (İFES), bəzi xarici ölkə parlamentlərini təmsil edirlər.

Trend -un arayışı: Martın 18-də Konstitusiyanın 29-cu maddəsinə əlavə və dəyişikliklərin edilməsi məsələsi üzrə referendum keçiriləcək.

"Yeni Azərbaycan", "Şəhər", "Tərəqqi", "Hüquq və Demokratiya", "Vətəndaş Cəmiyyəti", "Davamlı İnkişaf Naminə", "Zəka" təşviqat qrupları referendumun lehinə, "Qarabağ və Respublika Uğrunda Hərəkat" və "Respublikaçılar" təşviqat qrupları isə əleyhinə təbliğat aparır.

Azərbaycan Konstitusiyası 1995-ci ildə qəbul edilib, 2002-ci ildə Əsas Qanuna əlavə və dəyişikliklər edilib.

Qasımov həmçinin bildirib ki, qeydə alınan yerli müşahidəçilərdən 2149-u ölkə üzrə olan müşahidəçilərdir. Müşahidəçilərin yekun siyahısı açıqlanacaq.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti