...

Azərbaycanın Misirdəki səfirliyi referenduma hazırdır

Siyasət Materials 14 Mart 2009 13:22 (UTC +04:00)

Azərbaycan, Bakı, 14 mart / Trend , müxbir Ü.Sadıxova /

Azərbaycanın Misirdəki səfirliyi Konstitusiyaya dəyişikliklər üzrə referenduma hazırdır.

"Qahirədə, səfirliyin inzibati binasında təşkil edilmiş seçki məntəqəsində 115 azərbaycanlı vətəndaş iştirak edəcək", - Trend -a şənbə günü Azərbaycanın Misirdəki səfiri Faiq Bağırov deyib.

"Səfirlik konsul qeydiyyatınad olan Azərbaycan vətəndaşlarına referendumda iştirak haqqında bildiriş göndərib", - Qahirədən səfir, telefonla məlumat verib.

Martın 18-də Konstitusiyanın 29-cu maddəsinə əlavə və dəyişikliklərin edilməsi ilə bağlı referendum keçiriləcək.

Referendum üzrə "Yeni Azərbaycan", "Şəhər", "Tərəqqi", "Hüquq və demokratiya", "Vətəndaş cəmiyyəti", "Davamlı inkişaf naminə", "Zəka", "Qarabağ və Respublika uğrunda hərəkat" və "Respublikaçılar" təşəbbüs qrupları MSK-da təşviqatçı kimi qeydiyyata alınıb.

Azərbaycanın Konstitusiyası 1995-ci ildə qəbul edilib, 2002-ci ildə Əsas Qanuna əlavə və dəyişikliklər edilib.

Referendum günü vətəndaşlar səfirlikdə açılmış seçki məntəqəsində 08:00-dan 19:00-a qədər səs verə bilərlər.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti