...

Okruaşvili Gürcüstana qayıtmaq niyyətindədir

Siyasət Materials 16 Mart 2009 18:14 (UTC +04:00)

Gürcüstan, Tbilisi, 16 mart / Trend , müxbir N.Kirtsxaliya /

"Gürcüstan yolu" partiyasının lideri Salome Zurabişvili hazırda Parisdə olan Gürcüstanın keçmiş müdafiə naziri İrakli Okruaşvili ilə görüşüb.

Görüş zamanı Gürcüstan hadisələrini təfsilatlı müzakirə edilib və tərəflər gələcək planları ilə bir-birini tanış ediblər. Bu barədə Zurabişvilinin mətbuat xidmətindən bildirilib.

"Görüşdə Okrauşvili hər şey haqqında, həmçinin Gürcüstana qayıtması barəsində də danışıb. Onun sözlərinə əsasən o, ölkəyə təqribən aprelin 9-a planlaşdırılan aksiyanın əvvəlinə kimi gələcək", - deyə mətbuat xidmətindən bildirilib.

Zurabişvili Fransaya səfərini davam etdirəcək.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti