...

Gəncədə referendumla bağlı "exit-poll" aparılacaq

Siyasət Materials 17 Mart 2009 12:43 (UTC +04:00)

Azərbaycan, Gəncə, 17 mart / Trend , müxbir V.Məmmədov /

Sabah keçiriləcək referendumla bağlı Azərbaycanın qərbində yerləşən Gəncə şəhərində (paytaxt Bakıdan 365 kilometr məsafədə) "exit-poll" aparılacaq, çərşənbə axşamı Trend -a Gəncədəki Dairə Seçki Komissiyalarından məlumat verilib.

"Gəncə şəhərində 26 məntəqədə veb-kameralar quraşdırılıb", - məlumatda deyilib.

Azərbaycanda ELS Araşdırma Mərkəzi və AVCİYA "exit-poll" (təkrar səsvermə) aparacaq.

Gəncədə referendum seçkilərində iştirak etmək üçün 147 min 654 seçici qeydiyyata alınıb. Səsvermə keçiriləcək 110 məntəqədə seçkiləri izləmək üçün 1116 yerli müşahidəçi qeydiyyatdan keçib. Gəncə şəhərində 37, 38, 39 və 40 saylı olmaqla dörd Dairə Seçki Komissiyası üzrə 110 məntəqə var. Bu məntəqələrdən 4-ü hərbi, 1-i istintaq təcridxanası, qalanları isə mülki məntəqələrdir.

Trend -un arayışı: Martın 18-də Konstitusiyanın 29-cu maddəsinə əlavə və dəyişikliklərin edilməsi məsələsi üzrə referendum keçiriləcək.

Referendumun gedişatını təqribən 170 beynəlxalq və 47 min yerli müşahidəçi izləyəcək.

Referendum üzrə təşviqat qrupları fevralın 18-dən etibarən təbliğat kampaniyasıta başlayıblar. Referendum üzrə qəbul olunan təqvim planına əsasən, təbliğat kampaniyaları martın 16-da gecə başa çatıb. Təşviqat qruplarının hər birinə təbliğat kampaniyası üçün 23 min manat vəsait ayrılıb.

Azərbaycan Konstitusiyası 1995-ci ildə qəbul olunub, 2002-ci ildə Əsas qanuna əlavə və dəyişikliklər edilib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti