...

Hər bir amnistiya humanizm ideyasının qələbəsidir - Azərbaycanın birinci xanımı

Siyasət Materials 17 Mart 2009 13:24 (UTC +04:00)
Hər bir amnistiya humanizm ideyasının qələbəsidir - Azərbaycanın birinci xanımı

Azərbaycan, Bakı, 17 mart / Trend , müxbir C.Babayeva / 

"Hər bir amnistiya humanizm ideyasının qələbəsidir", - Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri Mehriban Əliyeva çərşənbə axşamı Milli Məclisin iclasında çıxış edərkən deyib.

Milli Məclis çərşənbə axşamı, Azərbaycanın birinci xanımı tərəfindən təqdim edilən doqquz min məhbusa aid ediləcək "Novruz bayramı ilə əlaqədar amnistiyanın elan olunması haqqında" qanun layihəsini qəbul edib. Layihə 1700 məhbusun azadlığa buraxılmasını nəzərdə tutur.

"Əsası ümummilli lider Heydər Əliyev tərəfindən 1994-cü ildə qoyulan və indi də davam etdirilən siyasətə uqğun olaraq bir neçə min məhbus azadlığa buraxılıb", - Mehriban Əliyeva bildirib.

"İnsan həyatı hər şeydən üstündür. Hər bir insan layiqli həyat sürmək hüququna malikdir və Amnistiya Aktını qəbul edərkən biz insanlara öz səhvlərini anlamaqda, cəmiyyətə qayıtmaqda və düzgün yol seçməkdə kömək etmiş oluruq. Mərhəmət, bağışlama və rəhmlilik - ən yüksək insani keyfiyyətlərdir", - ölkənin birinci xanımı qeyd edib.

Əvvəllər parlament Mehriban Əliyeva tərəfindən 2007-ci ilin mayında "Amnistiya Aktı haqqında" qanun layihəsini qəbul edib. Həmin qanun layihəsi doqquz min məhbusa aid edilmiş, onlardan 1500 nəfəri cəzaçəkmədən azad edilmişdi.

1994-cü ildən indiyədək imzalanan 45 əfv fərmanı ilə 4858 nəfər cəzaçəkmədən azad edilib. Bu fərmanların 32-si ümummilli lider Heydər Əliyev, 13-ü prezident İlham Əliyev tərəfindən imzalanıb. Indiyədək qəbul olunan səkkiz Amnistiya Aktı 40 min məhbusa aid edilib.

"Mən inanıram ki, Novruz bayramı azadlığa buraxılmış insanlara və onların yaxınlarına ikiqat sevinc gətirəcək", - Mehriban Əliyeva əlavə edib.

Xəbər lenti

Xəbər lenti