...

Gürcüstan həkimləri şişə qarşı effektli preparat yaradıblar

Siyasət Materials 17 Mart 2009 15:00 (UTC +04:00)

Gürcüstan, Tbilisi, 17 mart / Trend , müxbir N.Kirtsxaliya /

Abxaziya Səhiyyə Nazirliyində gürcü preparatı "Novogen"in təqdimetmə mərasimi keçirilib. Şişə qarşı preparatın yaradıcılarından biri olan həkim Dea Kolbaya nazir Dalila Xorava və Abxaziyadan olan tibbi personalla görüşüb.

Şişə qarşı preparat gürcü tibb işçiləri Dea Kolbaya və Aleksandr Tavartkiladze tərəfindən yaradılıb. Onun sözlərinə görə, bu dərman bitki xammalından alınmış təbii preparatdır və artıq bu gün bir çox xəstəliklərdən müalicədə effektli müalicə vasitəsidir.

Kolbaya Abxaziya tibb ictimaiyyətini öz işi ilə tanış edib. Kolbayanın elmi çalışmaları üç kitabda nəşr olunub və onlardan biri "Novogen - həyatla dialoq" adlanır.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti