...

Türkiyədə yaşayan Azərbaycan vətəndaşlarının 20 faizi referendum üzrə səsvermədə artıq iştirak edib

Siyasət Materials 18 Mart 2009 13:36 (UTC +04:00)

Azərbaycan, Bakı, 18 mart / Trend , müxbir Ü.Sadıqova /  

Türkiyədə yaşayan Azərbaycan vətəndaşları arasında Azərbaycan Konstitusiyasına dəyişikliklərin edilməsi üzrə referendumda səs verən seçicilərin sayı Türkiyə vaxtı ilə saat 11:00 üçün 100 nəfər təşkil edib. Bu barədə Ankaradan telefonla Trend -a Azərbaycanın Türkiyədəki səfiri Zakir Həşimov məlumat verib.

Səfir bildirib ki, seçicilərin sayı barədə yekun nəticə Türkiyə vaxtı ilə saat 16:00-dan sonra, iş gününün yekununda məlum olacaq.

"Referenduma hazırlıq çərçivəsində Türkiyədə müvəqqəti yaşayan və sayı təqribən 500 nəfər təşkil edən Azərbaycan vətəndaşlarının siyahısı tərtib olunub və yaşı 18-ə çatan vətəndaşlar konsulluq qeydiyyatına alınıblar. Səfirlikdə referendumu üzrə seçki komissiyası yaradılıb və referendumun yüksək səviyyədə həyata keçirilməsi üçün lazımi tədbirlər görülüb", - deyə səfirlikdən bildiriblər.

Çərşənbə günü Azərbaycanda Konstitusiyanın 29 maddəsinə əlavə və dəyişikliklərin edilməsi məsələsi üzrə referendum keçirilir.

Referendum üzrə "Yeni Azərbaycan", "Şəhər", "Tərəqqi", "Hüquq və demokratiya" və "Vətəndaş cəmiyyəti", "Davamlı inkişaf naminə", "Zəka", "Qarabağ və Respublika uğrunda hərəkat" və "Respublikaçılar" təşəbbüs qrupları MSK-da təşviqat qrupları kimi qeydiyyatdan keçib.

Azərbaycan Konstitusiyası 1995-ci ildə qəbul olunub, 2002-ci ildə Əsas qanuna əlavə və dəyişikliklər edilib

Referendum günü vətəndaşlar saat 08:00-dan 19:00-dək səfirliklərdə açılmış seçki məntəqələrində səs verə bilərlər.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti