...

Azərbaycanın cənub-qərbində seçicilərin 60 faizdən çoxu səsvermədə iştirak edib

Siyasət Materials 18 Mart 2009 17:52 (UTC +04:00)

Azərbaycan, Bərdə, 18 mart / Trend , müxbir Ş.Cəliloğlu /

Azərbaycanın cənub-qərbində seçicilərin 60 faizdən çoxu səsvermədə iştirak edib.

93 saylı Bərdə şəhər və 94 saylı Bərdə kənd seçki dairələrində 17:00-a olan məlumata görə, seçicilərin 67 faizi səs verib.

95 saylı Tərtər seçki dairəsində isə seçicilərin 65 faizi səsvermədə iştirak edib.

118 saylı Ağdam şəhər dairəsində 60 faiz, 119 saylı Ağdam kənd seçki dairəsində seçicilərin 61 faizi səsvermədə iştirak edib.

95 saylı Tərtər seçki dairəsində 19 mindən çox (49 faiz) seçici referendumda iştirak edib.

Çərşənbə günü Azərbaycanda Konstitusiyanın 29-cu maddəsinə əlavə və dəyişikliklərin edilməsi məsələsi üzrə referendum keçirilir.

Referendumda? xüsusilə Azərbaycan Konstitusiyasının 101-ci maddəsinin beşinci bəndində yer alan "heç kim iki dəfədən artıq AR-nın prezidenti seçilə bilməz" hazırkı redaktəsinin "müharibə şəraitində aparılan hərbi əməliyyatlar növbəti seçkilərin keçirilməsini mümkünsüz edirsə, fəaliyyətdə olan dövlət başçısının səlahiyyət müddətinin hərbi əməliyyatlar bitənədək artırılmasını" nəzərdə tutan redaktə ilə əvəzlənməsi nəzərdə tutulur. Azərbaycan prezidentinin səlahiyyət müddəti beş ildir. Hazırda dövlət başçısı olan İlham Əliyev 2003 və 2008-ci illərdə prezident seçilib.

Ümumilikdə ölkə Konstitusiyasının 29 maddəsinə 41 dəyişiklik edilməsi planlaşdırılır. Burada, o cümlədən hərbi əməliyyatlar aparılan zaman ölkə parlamentinə seçkilərin ertələnməsi, 40 min seçiciyə qanunvericilik təşəbbüsü hüququ verilməsi, şəxsin istəyinə qarşı video və ya audio yazılışların aparılması və onun şəkilinin çəkilməsinə qadağa qoyulması, Azərbaycanın sabiq prezidentlərinin maddi təminatı, eləcə də texniki xarakterli müddəаlar daxildir.

Azərbaycan Konstitusiyası 1995-ci ildə qəbul olunub, 2002-ci ildə Əsas qanuna əlavə və dəyişikliklər edilib

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti