...

Gürcüstan Düsseldorf sərgisində şərablarını təqdim edəcək

Siyasət Materials 27 Mart 2009 15:13 (UTC +04:00)

Gürcüstan, Tbilisi, 27 mart / Trend müxbir N.Kirtxsaliya/ Almaniyanın Düsseldorf şəhərində keçiriləcək beynəlxalq şərab sərgisində 21 gürcü şirkəti də iştirak edəcək.

"Sərgi vacibdir, çünki orada şərabların beynəlxalq səviyyədə dequstasiya və qiymətləndirilməsi həyata keçiriləcək", - cümə günü jurnalistlərlə söhbətində, kənd təsərrüfatı naziri Bakur Kvezereli deyib.

Onun sözlərinə görə, bu cür sərgilər gürcü şirkətlərinə öz nüfuzlarını qaldırmaq, mövcud bazarları əldə saxlamaq və yeniləri haqda düşünmək imkanı verir.

Sərgidə 45 ölkədən 3 000-dən çox şirkət iştirak edəcək.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti