...

Ukrayna-Azərbaycan əməkdaşlığının perspektivləri Bakıda müzakirə ediləcək

Siyasət Materials 28 Mart 2009 11:59 (UTC +04:00)
Ukrayna-Azərbaycan əməkdaşlığının perspektivləri Bakıda müzakirə ediləcək

"Ukrayna-Azərbaycan siyasi, iqtisadi və humanitar əməkdaşlığının perspektivləri aprelin 9-10-da Bakıda, Ukrayna prezidenti Viktor Yuşenkonun Azərbaycana rəsmi səfəri zamanı müzakirə ediləcək", - jurnalistlərə prezident katibliyinin başçısının müavini ANdrey Qonçarçuk deyib, УНИАН xəbər verir.

Qonçarçukun sözlərinə görə, səfərin gedişində Prezident şurasının ilk iclası keçiriləcək. Orada siyasi, iqtisadi və humanitar əməkdaşlıq müzakirə ediləcək. 

"Ukrayna Dövlət Statistika Komitəsinin məlumatına görə, 2008-ci ilin yanvar noyabr ayları ərzində (tam illik göstəricilər hələ yoxdur) ölkələrimiz arasında ticarət dövriyyəsi 904 milyon dollar təşkil edib ki, bu da 2007-ci ilin analoji dövründən 52 faiz çoxdur", - bir müddət əvvəl Trend -a Ukraynanın Azərbaycandakı səfiri Boris Klimçuk deyib. Bu 11 ay ərzində Ukraynadan Azərbaycana ixrac 833 milyon dollar olub. Bu rəqəm bir il əvvəlki göstəricidən 46 faiz çoxdur. Azərbaycandan Ukraynaya ixrac isə 71,4 milyon dollara bərabər olub ki, bu da 2007-ci ilin 11 ayındakı rəqəmdən təxminən üç dəfə çoxdur.

Xəbər lenti

Xəbər lenti