...

Azərbaycanın İordaniyadakı səfiri krallığın aparıcı universitetlərindən birində mühazirə oxuyacaq

Siyasət Materials 30 Mart 2009 18:09 (UTC +04:00)

Azərbaycan, Bakı, 30 mart / Trend , müxbir N.Abdullayeva /

Azərbaycanın İordaniyadakı səfiri Elman Araslı ölkənin aparıcı universitetlərindən biri olan "Al əl-Beyt"də Azərbaycan haqqında mühazirə oxuyacaq.

Aprelin 6-da keçiriləcək mühazirədə səfir Azərbaycanın regiondakı rolu, ölkənin iqtisadi nailiyyətləri və erməni-Azərbaycan münaqişəsi haqda danışacaq. Diplomat münaqişənin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllində rəsmi Bakının mövqeyini dinləyənlərin diqqətinə çatdırmaq niyyətindədir.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Еrmənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. 1991-ci ilin dekabrında, Şuşa və Xocalı istisna olmaqla, Dağlıq Qarabağ Azərbaycanın nəzarətindən çıxıb. 1992-1993-cü illərdə Şuşa, Xocalı və Dağlıq Qarabağa bitişik yeddi rayon işğal olunub. 1994-cü ilin mayında tərəflər atəşkəs rеjiminə dair razılaşma əldə еdiblər вə о вaхtdan bəri, ATƏT-in Minsk Qrupunun himayəsi altında, Rusiya,  Fransa вə ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti