...

Gürcüstan olduqca çətin vəziyyətdədir – Prezident Saakaşvili

Siyasət Materials 30 Mart 2009 20:06 (UTC +04:00)
Gürcüstan olduqca çətin vəziyyətdədir – Prezident Saakaşvili

Gürcüstan, Tbilisi, 30 mart / Trend , müxbir N.Kirtsxaliya /

"Gürcüstan hazırda olduqca çətin vəziyyətdədir", -bu gün Avlabari iqamətgahında yerli administrasiya başçıları ilə görüşdə Gürcüstan Prezidenti Mixayil Saakaşvili bəyan edib.

"Bir tərəfdən qlobal maliyə böhranı, digər tərəfdən isə Gürcüstan ərazisinin 20 faizinin işğal altında olması bizə təsir göstərir", - deyə o bildirib.

Prezident qeyd edib ki, indi daxili və xarici qüvvələr tərəfindən stabilliyin pozulması təhlükəsi mövcuddur. "Polislərimiz ötən həftə müəyyən siyasi qüvvələr tərəfindən stabilliyin pozulması təhlükəsini aşkarlayıb, lakin onlar dünən terror hadisəsi törədiblər, bunun nəticəsində isə polisimiz həlak olub", - deyərək onu da əlavə edib ki, "hakimiyyət bu cəhdləri neyrallaşdırmağa qadirdir".

"Biz üzərimizə öhdəlik götürmüşük və bütün tədbirlər vasitəsilə ölkədə stabilliyi qoruyub saxlayacağıq", - deyə Saakaşvili bildirib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti