...

ABŞ və Rusiya arasındakı kompromis istilənmədir, amma "qlobal" deyil – Trend-in icmalçısı

Siyasət Materials 31 Mart 2009 09:01 (UTC +04:00)
ABŞ və Rusiya arasındakı kompromis istilənmədir, amma "qlobal" deyil – Trend-in icmalçısı

Trend-i buradan izləyin

Elmira Tariverdiya, Trend-in Avropa redaksiyasının icmalçısı

ABŞ və Rusiyanın ikitərəfli münasibətlərin möhkəmləndirilməsi naminə hazır olduqları kompromis yaxın zamanlarda son illər ərzində dünya siyasətində formalaşmış şablonları dağıda bilər.

Yeni ABŞ Prezidenti Barak Obama öz postu üçün nəinki dərisinin rəngi, həm də gözlənilməz və hətta demokratlar üçün belə çox cəsarətli görünən sülh qoruyucusu imici ilə fərqli biridir.

Dünya maliyyə böhranı və Əfqanıstanın qismində ümumi bir düşmənin tapılması Obama administrasiyasına Rusiyaya tamamilə aydın - münasibətləri "yenidən yükləmək" təklifi ilə müraciət imkanı verib.

Ancaq Ağ Ev başa düşür ki, belə "yenidən yükləmə" hər iki tərəfdən xeyli kompromis tələb edəcək. İki liderin son diplomatik addımları göstərdi ki, ABŞ və Rusiya buna hazırdır, amma digər ölkələrin ümid və çalışmaları hesabına.

Tarixi olaraq Rusiyaya qarşı köklənmiş polyaklar birinci diplomatik zərbə və Amerika RƏM-in Polşada olmayacağı fikri ilə barışmaqdan ayılmamış, ABŞ müttəfiqlərini yeni mənəvi sınağa çəkdi.

NATO-nun yeni Baş katibinin seçilməsindən əvvəl ABŞ birdən-birə Polşanın XİN rəhbəri Radoslav Sikorskinin namizədliyini dəstəkləməyəcəyini göstərdi. Bu Moskvaya dostluq jesti deyilsə, bəs nədir?

Obama administrasiyası Danimarkanın Baş naziri Anders Foq-Rasmussenin namizədliyini dəstəkləyib. Amerikalılar onu yaddan çıxarmayıb ki, Sikorski ötən il təklif etdiyi NATO-nun inkişaf doktrinasında Rusiyanın qarşısının alınmasını qeyd edirdi.

Alyansın başçısının təsdiq olunmasında Vaşinqtonun fikrinin vacib olduğunu nəzərə alaraq - danimarkalı Baş nazir artıq Avropa "ağırçəkililər" - Almaniya, Böyük Britaniya Fransanın razılığını alıb - demək olar ki, NATO-nun yeni Baş katibinin seçimi artıq həll olunmuş məsələdir. Təəssüf ki, bu Polşaya daha bir ismarıcdı: müttəfiqlik müttəfiqlikdir, amma Rusiya yeni Amerika administrasiyasının maraq dairələrində vacib bənddir.

Bu da aydındır. Axı indi Moskva NATO-nun Obamanın seçkiqabağı kampaniyasının əsas müddəası olan Əfqanıstandakı əməliyyatlarda demək olar ki, tərəfdaşıdır.

Martın son günündə Haaqada, Əfqanıstana həsr olunmuş böyük konfrans keçiriləcək və Rusiyanın XİN rəhbəri Sergey Lavrov ABŞ-ın dövlət katibi Hillari Klinton kimi orada iştirak etmək fikrindədir.

Yaxınlarda Rusiya Əfqanıstandakı NATO-nun rəhbərliyi altında olan beynəlxalq kontingentin ehtiyacları üçün nəzərdə tutulmuş qeyri-hərbi yüklərin daşınması üçün dəhliz verməyə razılaşıb.

Yəqin ki, məhz bu, Rusiya ilə NATO arasında əməkdaşlığın bərpası üçün əsas səbəblərdən biri oldu. Bu əməkdaşlıq aylans tərəfindən ötən ilin avqustunda və Rusiyanın Gürcüstanda "qeyri-proporsional hərbi qüvvə tətbiqi"ndən sonra dayandırılmışdı.

Görünən odur ki, növbəti addımlar özünü çox gözlətməyəcək. Təxmin etmək olar ki, yaxınlarda tərəflər arasında son zamanlar fəal müzakirə olunan, ABŞ və Rusiya arasında strateji silahlanma üzrə danışıqlar prosesi başlayacaq. Üstəlik, dekabrda hazırda qüvvədə olan SNV-1 müqaviləsinin müddəti başa çatır.

Hətta ABŞ-ın Rusiya tərəfindən təklif olunan və haqqında konkret heç bir şey söylənilməyən Avropada yeni "təhlükəsizlik arxitekturası"na da qoşulması gözlənilir.

Ancaq iki nəhəng dövlət arasındakı istənilən istiləşmə heç vaxt "qlobal" olmayacaq və Moskva ilə Vaşinqton arasında bir çox həllini tapmamış məsələlər qalacaq ki, onlardan biri də daima İran olacaq.

Bir tərəfdən Rusiyaya öz sərhədlərinin yaxınlığında, döyüşə köklənmiş Tehrandan gələn təhlükə bəhanəsi altında Qərb tərəfindən RƏM və ballisitik raketlərin nəzarətsiz yerləşdirilməsi lazım deyil. Elə bil burada Kremlin Obamanın Tehranla dialoqu yaratmaq istəyini dəstəkləməsi lazımdır.

Digər tərəfdən isə, İran-Amerika münasibətlərindəki istənilən normallaşma, İranın transmilli layihələrdə iştirakını mümkün edəcək və İran qazı Avropa üçün Nabucco layihəsində əsas ehtiyata, yəni rus qazına alternativə çevriləcək.

Son nəticədə Moskva və Vaşinqton arasında "qlobal" istiləşmə olmayacaq, ancaq prezidentlərin apreldəki görüşü ilə başlanacaq "yenidən yükləmə" belə uzun illərdən sonra sıfırdan bir qədər yüksək istilənmədir.

Məqalə müəllifi ilə əlaqə ünvanı:

[email protected]

Xəbər lenti

Xəbər lenti