...

Azərbaycanın XİN başçısının MBD XİNŞ-nin iclasında iştirakı gözlənilir

Siyasət Materials 31 Mart 2009 13:24 (UTC +04:00)

Azərbaycan, Bakı, 31 mart / Trend , müxbir N.Abdullayeva /

"Azərbaycan XİN-in başçısı Elmar Məmmədyarovun MDB Xarici İşlər Nazirləri Şurasının (XİNŞ) iclasında iştirakı gözlənilir", - çərşənbə axşamı Trend -a Azərbaycan XİN-in mətbuat katibi Elxan Poluxov deyib.

MDB XİNŞ-in iclası aprelin 10-da Aşqabadda keçiriləcək.

"Nazirlərin görüşündə mayın 22-də Astanada keçirilməsi gözlənilən MDB hökumət başçılarının iclasının gündəliyinin təsdiq edilməsi planlaşdırılır", - Trend -a MDB katibliyindən deyilib.

"Xarici siyasət qurumlarının başçıları siyasi, miqrasiya, humanitar və sosial sahələr, təhlükəsizliyin təminatı üzrə 20-yə yaxın məsələni, həmçinin cinayətkarlıqla mübarizə sahəsində informasiya mübadiləsi layihələrini, eləcə də Birliyin müşahidəçi missiyasının iş təcrübəsini müzakirə etməyi planlaşdırırlar", - katiblikdən bildirilib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti