...

Barak Obamanın səfəri Türkiyə-Ermənistan sərhədinin açılması üçün zəmin yaradır - Beynəlxalq Türk Strateji Araşdırmalar Mərkəzinin direktoru

Siyasət Materials 2 Aprel 2009 15:39 (UTC +04:00)
Barak Obamanın səfəri Türkiyə-Ermənistan sərhədinin açılması üçün zəmin yaradır - Beynəlxalq Türk Strateji Araşdırmalar Mərkəzinin direktoru

Azərbaycan, Bakı, 02 aprel / Trend , müxbir R.Hafizoğlu /

Beynəlxalq Türk Strateji Araşdırmalar Mərkəzi hesab edir ki, ABŞ prezidenti Barak Obamanın Türkiyəyə səfəri Türkiyə-Ermənistan sərhədinin açılması üçün zəmin yaradır.

"Türkiyə-Ermənistan sərhədinin açılması heç kim üçün sürpriz olmamalıdır", - deyə Türkiyədəki   Beynəlxalq Türk Starateji Araşdırmalar Mərkəzinin (TURKSAM) direktoru Sinan Ogan cümə axşamı Ankaradan telefonla Trend -a bildirib.

Trend -un arayışı: ABŞ prezidenti Barak Obama aprelin 6-7-də rəsmi səfərlə Türkiyəyə yola düşəcək. Səfər ərəfəsində Türkiyə Ermənistan sərhədinin açılması və Ankara və Vaşinqton arasında bir sıra məsələlər müzakirə olunacaq. Bu haqda Türkiyənin HÜRRİYƏT qəzeti məlumat verib.

"Prezident Barak Obama heç bir ABŞ prezidentinin etmədiyi bir şeyi etdi. Obama seçkilərdən əvvəl ABŞ-dakı ermənilərə beş dəfə sözdə və bir dəfə yazılı təminat verərək prezident seçiləcəyi təqdirdə 1915-ci hadisələrini "soyqırım" kimi qəbul edəcəyini bildirib", - deyə Ogan əlavə edib.

Ogan hesab edir ki, bütün bunlara baxmayaraq, ABŞ-ın Türkiyəyə bir çox məsələdə, xüsusən də İraqdan qoşunların çıxarılması və Əfqanıstana yeni qoşunların yeridilməsi üçün ehtiyacı var. Mərkəz direktorunun fikrincə, Türkiyə-Ermənistan sərhədi bu ay daxil olmaqla, yaxın aylarda açılacaq.

"Rəsmi Ankara Yerevan qarşısında şərtlər qoymuşdu, lakin bu şərtlərin heç biri bu vaxta qədər yerinə yetirilmədi. Türkiyənin Ermənistan qarşısında qoyduğu tələblərin heç birinin yerinə yetirilmədiyi üçün sərhədlərin açılmasının əleyhinəyik", - deyə o bildirib.

Sərhədlərin açılmasının Dağlıq Qarabağ probleminin həllinə təsir edəcəyinə münasibət bildirən Ogan bildirib ki, Türkiyə sərhəd məsələsində özbaşına hərəkət edərsə, bu, Qarabağ probleminin həllinə müsbət təsir etməyəcək.

"Əgər Türkiyə Ermənistan sərhədini açarkən Azərbaycan hökumətinin razılığı nəzərə alınarsa və Yerevan qarşısında şərtlər qoyarsa, bu, problemin həllinə yardımçı ola bilər. Lakin Azərbaycanın maraqları nəzərə alınmadan, Bakının etirazına rəğmən sərhədlər açılarsa, bu, Qarabağ probleminin həllinə kömək etməz",-deyə o bildirib.

Onun fikrincə, rəsmi Ankara sərhədləri açmazdan əvvəl Ermənistan və Vaşinqtondan zəmanət almalıdır və bu məsələdə Azərbaycanın maraqları da nəzərə alınmalıdır.

"Baxmayaraq ki, Türkiyə ictimaiyyətinin böyük əksəriyyəti sərhədlərin açılmasının əleyhinədir, Ermənistan-Türkiyə sərhədinin açılması Türkiyə daxilində böyük rezonansa səbəb olmayacaq", - deyə o bildirib.

Trend -un arayışı: Türkiyə Ermənistanla hələ 1993-cü ildə kəsilmiş münasibətləri normallaşdırmağa
çalışır. Yerevan tərəfindən başlanılmış uydurma "erməni soyqırımı"nın tanınması ilə bağlı anti-türk kampaniyası və Azərbaycan torpaqlarının 20 faizinin Ermənistan tərəfindən işğal olunması diplomatik münasibətlərin dayandırılmasına səbəb olub.

Türkiyə prezidenti Abdullah Gül Ermənistan prezidenti Serj Sarkisyanın Yerevana, Ermənistan və Türkiyə milli komandaları arasında Dünya çempionatının seçmə qrup mərhələsinin oyunları çərçivəsində ötən ilin sentyabrın 6-da baş tutmuş futbol matçına gəlmək təklifini qəbul edib. Bu səfərdən sonra iki ölkə arasında münasibətlərin normallaşdırılması yolunda diplomatik səylər davam etdirilir.

ki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988 - ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının 20%-i, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik 7 rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994 -cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri, ATƏT-in Minsk Qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə, hələ ki, nəticəsiz sülh danışıqları aparılır.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti