...

Rusiyanın hərbi bazalarının Abxaziya və Cənubi Osetiya ərazisində yerləşdirilməsi alyansı narahat etməməlidir – Rusiyanın NATO-dakı daimi nümayəndəsi

Siyasət Materials 3 Aprel 2009 15:16 (UTC +04:00)
Rusiyanın hərbi bazalarının Abxaziya və Cənubi Osetiya ərazisində yerləşdirilməsi alyansı narahat etməməlidir – Rusiyanın NATO-dakı daimi nümayəndəsi

Azərbaycan, Bakı, 03 aprel / Trend , müxbir E.Tariverdiyeva /

Rusiyanın NATO-dakı daimi nümayənəsi Dimitri Roqozin hesab edir ki, Rusiyanın hərbi bazalarının Abxaziya və Cənubi Osetiya ərazisində yerləşdirilməsi alyansı narahat etməməlidir.

"Mənim fikrimcə, Rusiya hərbi bazalarının Abxaziya və Cənubi Osetiya ərazisində yerləşdirilməsi NATO-ya aid olmayan məsələdir", - Brüsseldən Trend -a telefonla Roqozin bildirib.

NATO bloku Rusiya ilə ölkənin Abxaziya və Cənubi Osetiya ərazisində hərbi bazaların yaradılması planlarını müzakirə etmək niyyətindədir. Bu barədə cümə axşamı təşkilatın baş katibi Yaap de Hoop Sxeffer bildirib.

Hər biri 3700 nəfərdən ibarət olan Rusiyanın hərbi bazaları Abxaziyada - Qudaut şəhərində, Cənubi Osetiyada - paytaxt Tsxinvalidə və Cava qəsəbəsinində yaradılacaq.

"Biz bu məsələni Rusiya ilə müzakirə etməli, eyni zamanda Gürcüstan - NATO Komissiyası çərçivəsində Gürcüstanla əlaqələri möhkəmləndirməliyik", - deyə Strasburqda NATO-nun yubiley sammiti çərçivəsində gənc "atlantiklər"in forumunda çıxış edən Sxeffer bildirib.

Onun sözlərinə əsasən, alyans yüzlərcə hərbi bazasının hüdudlarından kənarda yerləşdirilməsi məsələsini müzakirə etməlidir.

Roqozinin fikrincə, bu böyük hərbi təşkilatın bir neçə Rusiya hərbi bazasının suveren respublika ərazisində yerləşdirilməsi ilə bağlı narahat olması çox qəribədir. Onun sözlərinə əsasən, NATO "proporsionallığın" nə olduğunu izah etmədən, qeyri-proporsional şəkildə güc tətbiq edilməsi kimi məsələlərlə məşğul olur.

"Tərəfdaşlıq barədə danışanda, biz NATO-dan özünə yanaşdığı satandartlarla Rusiyaya da yanaşmasını istəyirik", - deyə daimi nümayəndə qeyd edib.

Roqozin hesab edir ki, NATO 60 illik tarixə malik təşkilat kimi diqqətini bundan sonrakı problemlərinə yönəltməlidir. Ounun sözlərinə əsasən, bu sahədə Moskvanın da maraqları böyükdür.

Moskvanın maraqlandıran ən vacib məsələ yeni baş katibin kim olacağıdır. "Əlbəttə, NATO-nun üzvü olmadığımız üçün bu məsələyə bizim razılığımız gərək deyil, lakin biz istəyərdik ki, həmin fiqur tərəfdaşlara hörmətlə yanaşsın", - deyə o bildirib.

Daimi nümayəndənin sözlərinə əsasən, ikinci vacib məqam Rusiyanın ünvanına hansı sözlərin söylənəcəyi ilə bağlıdır. "Bu bizim üçün çox vacibdir, çünki verilmiş analiz əsasında əməkdaşlığın davam etdirilməsi istiqamətində qərarlar qəbul edəcəyik", - deyə Roqozin bildirib. 

Onun sözlərinə görə, Rusiyanı maraqlandıran ən vacibi məsələ isə NATO-nun strateji konsepsiyası, yəni gələcəkdə "NATO-nun hara irəliləməsi" məsələsidir: "Alyans beynəlxalq jandarmaya çevrilib və ya bu alyansın Nizamnaməsində də yazılıdığı kimi müdafiə xarekterli hərbi-siyasi blokdur?".

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti