...

ABŞ mədəni irsin saxlanılmasında Türkmənistana yardım edir

Siyasət Materials 6 Aprel 2009 13:27 (UTC +04:00)

Türkmənistan, Aşqabad, 06 aprel / Trend , müxbir H.Həsənov /

"ABŞ Dövlət Departamentinin nümayəndəsi Rik Rut Türkmənistanda "Mədəni irsin qorunması üzrə səfirlər fondu" proqramı çərçivəsində birgə layihələrin həyata keçirilməsinin gedişi ilə tanış olub", - Türkmen Dovlet Xabarları (TDX) dövlət xəbər xidməti xəbər verib.

ABŞ bu istiqamətdə 2001-ci ildən işləyir. Rut bir sıra arxitektura abidələrinin bərpası həyata keçirilən Daşoğuz vilayətinə səfər edib. Hər şeydən öncə bu, XII əsrin sonu-XIII əsrin əvvəllərində tikilmiş və keçən yeddi yüz il ərzində özünün rəngli mayolikalı möhtəşəm üzlüyünün bir hissəsini itirən sultan Tekeşin mavzoleyidir.

TDX qeyd edir ki, "Kunyaurgenç" dövlət mədəni-tarixi qoruğunun əməkdaşları bu mavzoleyin günbəzinin laxlayan konstruksiyalarını möhkəmləndirib və hazırda onun göy-mavi rəngli lövhələrlə örtülərək dekorativ işlənməsi üzərində işləri davam etdirirlər. Türkmənistan Tarix İnstitutu ABŞ Dövlət Departamenti ilə əməkdaşlıq sayəsində 2006-cı ildə Geroğlı ətrafında yerləşən Aksaray-dinq kimi məşhur olan XI-XII əsr qülləsinin yenidən qurulmasını həyat keçirib. Yaxınlarda yeni layihə başlayıb. Mütəxəssislər həmin ətrafdakı Zaman kəndində yerləşən İsmamut-ata dini kompleksində bərpa işləri aparacaqlar.

Öz səfəri zamanı Rut yeddi il əvvəl tarixi dəyərlərin qorunması üzrə ilk amerikan-türkmən layihəsinin başa çatdığı Anauda da olub. O zaman Türkmənistan tarix və mədəniyyət abidələrinin mühafizəsi, öyrənilməsi və bərpası Milli İdarəsinin mütəxəssisləri 1948-ci il zəlzələsinin dağıntıları altından Seyid-Cəmaləddin məscidinin XV əsrə aid, əjdahaların təsvir olunduğu və onun üz hissəsini bəzəyən mozaika qalıqlarının çıxarılması kimi çətin işin öhdəsindən gəlmişdi. Bərpadan sonra monumental panno Təsviri İncəsənət Muzeyinin qədim zalında sərgiyə qoyulub.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti