...

Azərbaycanın milli təhlükəsizlik naziri bolqar və macar həmkarları ilə görüşüb

Siyasət Materials 7 Aprel 2009 17:34 (UTC +04:00)

Azərbaycan, Bakı, 07 aprel / Trend , müxbir K.Zərbalıyeva /

Azərbaycanın milli təhlükəsizlik naziri Bolqarıstan Milli Kəşfiyyat Xidmətinin direktoru Kirço Kirov və Macarıstan Milli Təhlükəsizlik Bürosunun baş direktoru Şandor Labors ilə görüşüb.

Milli təhlükəsizlik naziri, general-leytenant Eldar Mahmudov, nazirlkdə həyata keçirilən islahatlar, beynəlxalq terrorçuluğa, ekstremizmə və mütəşəkkil cinayətkarlığın digər təzahürlərinə qarşı görülən işlər, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin doğurduğu, eləcə də onun nəticəsində yaranmış nəzarət olunmayan ərazilərin mövcudluğundan irəli gələn fəsadlar barədə ətraflı məlumat verib.

Kirov və Labors səfərlərinin ölkələrimiz arasında əməkdaşlıq əlaqələrinin möhkəmləndirilməsi üçün faydalı olacağını bildiriblər.

Qonaqlar milli təhlükəsizlik orqanlarının yaranmasının 90 illik yubileyi münasibətilə keçirilən tədbirlərdə iştirak etmək üçün Azərbaycana səfər ediblər.

Məqalə müəllifi ilə əlaqə ünvanı:[email protected]

Xəbər lenti

Xəbər lenti