...

İranın nüvə nailiyyətləri İslam İnqilabının səmərəsidir – İranın sabiq spikeri

Siyasət Materials 9 Aprel 2009 10:34 (UTC +04:00)
İranın nüvə nailiyyətləri İslam İnqilabının səmərəsidir – İranın sabiq spikeri

Azərbaycan, Bakı, 08 aprel / Trend , müxbir Т.Cəfərov /

İranın nüvə texnologiyası sahəsində əldə etdiyi nailiyyətlər İran İslam İnqilabının səmərəsidir. Bu barədə İran Parlamentinin sabiq spikeri Trend -a bildirib.

İranda aprelin 9-u Milli nüvə bayramı kimi qeyd olunur. Hər il bu bayram münasibətilə İran rəsmiləri nüvə texnologiyası üzrə əldə olunmuş yeni nailiyyətləri xalqa çatdırır.

"İranın nüvə texnologiyaları sahəsində əldə etdiyi nailiyyətləri İran İslam Respublikasının müstəqilliyinin səmərəsidir. Bu müstəqillik isə İran İslam İnqilabının nəticəsidir", - deyə İranın sabiq spikeri Həddad Adil çərşənbə günü Tehrandan bildirib.   

O, əlavə edib ki, bu məsələ İran xalqının elmi sahədə dünyadakı inkişafa çatmaq üçün müstəqil şəkildə nə qədər əzmkar olduğunu nümayiş etdirir.

İran 2006-cı il aprelin 9-da (fərvərdin ayının 20-də) uranın zənginləşdirilməsi üçün lazım olan sentrifuqanı İranda istehsal edə biləcəyini elan etmişdi. Həmin ildən etibarən İranın Ali İnqilab Mədəniyyəti Şurası aprelin 9-nu İranda "Nüvə bayramı" günü elan edib.

İran Prezidenti Mahmud Əhmədinejad bu gün İsfahan şəhərindəki çıxışında Milli nüvə texnologiyası günündə vətəndaşlarına və dünyaya bu sahədə yeni nailiyyətlərdən xəbər verəcəyini bildirib.

Qərb İranın nüvə proqramının əleyhinədir. Qərb, xüsusilə də ABŞ, Fransa və Britaniya İranın nüvə proqramının dinc məqsəd daşıdığına şübhə ilə yanaşır. İndiyədək BMT Təhlükəsizlik Şurası İranın nüvə proqramını (xüsusilə də uranın zənginləşdirilməsi planını) dayandırmaq üçün beş qətnamə qəbul edib. Rəsmi Tehran nüvə proqramının sülhməramlı olduğunu iddia edir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti