...

Ukrayna Prezidenti rəsmi səfərlə Azərbaycana gəlib

Siyasət Materials 9 Aprel 2009 15:43 (UTC +04:00)

Ukrayna Prezidenti Viktor Yuşşenko cümə axşamı rəsmi səfərlə Azərbaycana gəlib. Məlumatı AzərTAc Dövlət İnformasiya Agentliyi yayıb.   
Heydər Əliyev adına beynəlxalq hava limanında Ukrayna dövlətinin başçısını Azərbaycanın Baş nazirinin birinci müavini Yaqub Eyyubov və digər rəsmi şəxslər qarşılayıblar.
Hava limanının ali qonaqlar üçün salonunda Prezident Yuşşenko və Azərbaycanın Baş nazirinin birinci müavini Eyyubov arasında qısa protokol görüşü olub.

Xəbər lenti

Xəbər lenti