...

Gürcüstan DİN Burcanadze partiyasının 60 fəalının saxlanılmasını təkzib edir

Siyasət Materials 9 Aprel 2009 17:09 (UTC +04:00)

Gürcüstan, Tbilisi, 09 aprel / Trend , müxbir N.Kirtsxaliya /

Gürcüstan Daxili İşlər Nazirliyi bəzi KİV-də gedən eks-spiker Nino Burcanadzenin partiyası olan "Vahid Gürcüstan - Demokratik hərəkat" partiyasının 60 fəalının saxlanılması barədə məlumatı təkzib edib.

"Bu gün birsıra Rusiya KİV-də Gürcüstan polisi tərəfindən Burcanadze partiyasının 60 fəalının saxlanılması barədə məlumat gedib. Bu yalandır. Sözügedən məlumatın doğruluğunu təsdiq edən bir fakt da yoxdur. Biz saxlanılması iddia olunanlardan heç olmazsa birinin adı və soyadını çəkmələrini xahiş etsək də, xahişimiz cavabsız qaldı", - Gürcüstan DİN-in rəsmi açıqlamasında deyilir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti