...

Gürcüstanda müxalifətin aksiyası zamanı asayiş pozuntusu qeydə alınmayıb – DİN

Siyasət Materials 9 Aprel 2009 19:45 (UTC +04:00)

Gürcüstan, Tbilisi, 09 aprel / Trend , müxbir N.Kitsxaliya /

Gürcüstanın daxili işlər naziri Yekaterina Zquladzenin jurnalistlərə dediyinə əsasən, Gürcüstan DİN bu gün Tbilisidə keçirilən müxalifətin irimiqyaslı aksiyası zamanı asayiş pozunusu qeydə almayıb.

"Aksiyalar dinc şəraitdə keçir. Nə Tbilisidə, nə də bütövlükdə Gürcüstanda heç bir pozuntu qeydə alınmayıb", - Zquladze deyib.  

Nazir qeyd edib ki, DİN-in strategiyası ondan ibarət olub ki, mitinqçiləri qıcıqlandırmamaqdan ötrü polislər küçələrdə olmasın.

"Biz strateji əhəmiyyət kəsb edən obyektlərin daxili perimetrlərini qoruyuruq. Polisin hərəkətləri müxalifət liderləri ilə razılaşdırılıb", - Zquladze qeyd edib.

"Aksiyanın gedişatını Aİ nümayəndələri izləyir", - nazir bildirib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti