...

Ukrayna və Azərbaycan arasında münasibətlər dinamik inkişaf edir - Azərbaycan prezidenti İlham Əliyev

Siyasət Materials 9 Aprel 2009 22:18 (UTC +04:00)
Ukrayna və Azərbaycan arasında münasibətlər dinamik inkişaf edir - Azərbaycan prezidenti İlham Əliyev

Azərbaycan, Bakı, 9 aprel / Trend /

Bu gün Bakıda Azərbaycan və Ukrayna prezidentləri Şurasının ilk iclası keçirildi.

Şuranın iclası zamanı çıxışında Azərbaycan prezidenti İlham Əliyev Ukrayna prezidenti Viktor Yuşenko ilə görüşünün iki ölkə arasında dostluq münasibətlərinin inkişafı və möhkəmlənməsinə kömək edəcəyinə inamını bildirdi.  

Azərbaycan prezidenti İlham Əliyev çıxışı zamanı dedi: "Bu gün biz qarşılıqlı maraq doğuran, ikitərəfli əməkdaşlıqla bağlı məsələlər ətrafında geniş fikir mübadiləsi apardıq və ölkələrimiz arasında münasibətlərdə böyük dinamikanı qeyd etdik. Münasibətlər effektiv, dinamik inkişaf edirlər. Yaxşı nəticələr var".
Dövlət başçısı ümid etdiyini bildirdi ki, gələcəkdə bu müsbət tendensiya inkişaf edib, möhkəmlənəcək.

"Biz regional əhəmiyyətli məsələləri də müzakirə etdik. Mən düşünürəm ki, regionda vəziyyətlə bağlı və regional əməkdaşlıq perspektivləri barədə qarşılıqlı anlaşmanı qeyd etdik. Bu gün Ukrayna və Azərbaycan prezidentlər Şurasının ilk iclası keçirilir ki,bu da əvvəlki razılaşmaların nəticəsidir. Şuranın çərçivəsində biz həlli tələb olunan məsələlərin - iqtisadi, enerji, hərbi-texniki sahələrdə əməkdaşlıq. Bu prezidentlər Şurasının iclasının əsas mövzularıdır", deyən Azərbaycan prezidenti qeyd eydi ki, "əlbəttə biz bununla məhdudlaşmayacağıq, çünki münasibətlərimizin formatı və gündəliyimiz genişdir".

Xəbər lenti

Xəbər lenti