...

Gürcüstan parlamentinin binası qarşısında gecə sakit keçib

Siyasət Materials 10 Aprel 2009 10:53 (UTC +04:00)

Gürcüstan, Tbilisi, 09 aprel / Trend , müxbir N.Kirtsxalia /

Müxalifətin tərəfdar və fəallarından ibarət yalnız kiçik bir qrup gecəni Gürcüstan parlamentinin binası qarşısında keçirib. Onlara Birləşmiş Müxalifət liderlərindən biri olan Koka Quntsadze rəhbərlik edib.

Müxalifətçilər olduqca soyuq olan gecəni avtomobillərdə keçiriblər. Gecə insidentsiz ötüşüb.

Lakin Gürcüstanın xalq müdafiəçisinin məlumatına görə, parlament qarşısında iki insident qeydə alınıb. Saat 23.00-da "Nə üçün" Gənclər Hərəkatının mitinqdən qayıdan fəalları saxlanılıb və döyülüblər.

Daha sonra içində mitinqdən qayıdan vətəndaş olan taksi saxlanılıb və mitinqçi döyülüb, avtomobilə isə xəsarət yetirilib.

Müxalifətin aksiyası bu gün saat 15.00-da bərpa olunacaq. Mixali Saakaşvili ölkənin prezidenti postundan getməkdən imtina edəcəyi təqdirdə, aksiya iştirakçıları öz fəaliyyət planlarını müəyyən etmək niyyətindədirlər.

Məqalə müəllifi ilə əlaqə ünvanı - [email protected]

Xəbər lenti

Xəbər lenti