Azərbaycan, Bakı, 10 aprel / Trend , müxbir H.Həsənov /
MDB dövlətləri XİN rəhbərlərinin gələn görüşünün oktyabrın 8-də Moldovanın paytaxtı Kişinyovda keçirilməsi planlaşdırılıb. Məlumatı danışıqlara yaxın mənbə verib.
Aşqabadda günün birinci yarısında Ruhiyyət Sarayında MDB ölkələri xarici işlər nazirləri şurasının iclası keçirilib. Gündəmdə qlobal maliyyə böhranının təsiri ilə bağlı məsələlər, eləcə də təhlükəsizlik və miqrasiya siyasəti ilə bağlı baza sənədlərinin müzakirəsi olub.
Türkmənistan MDB-də assosiasiya olunmuş üzvdür. İclası hazırda ikitərəfli görüşlər keçirən Türkmənistan Prezidenti Qurbanqulu Berdimuhammedov açıb.
Öz nitqində Türkmənistan Prezidenti MDB dövlətləri "iqtisadiyyatının uyğunlaşmasını" qeyd edib, təhlükəsizlik və energi məsələlərində birgə yanaşmanın işlənib hazırlanmasının vacibliyini dilə gətirib.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]