...

Aİ nümayəndələri "Gürcüstan cəmiyyətinin nail olduğu demokratiyanın yüksək səviyyəsini" qeyd ediblər

Siyasət Materials 10 Aprel 2009 19:01 (UTC +04:00)
Aİ nümayəndələri "Gürcüstan cəmiyyətinin nail olduğu demokratiyanın yüksək səviyyəsini" qeyd ediblər

Gürcüstan, Tbilisi, 10 aprel / Trend , müxbir N.Kirtsxaliya /

Aİ nümayəndələri Gürcüstanda müxalifətin aksiyalarının gedişi prosesindən razıdırlar. Bu barədə bu gün Aİ-nin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Piter Semnebi və Aİ-də sədrlik edən Çexiyanın səfiri İvan Estrabla görüşündən sonra Gürcüstan XİN rəhbəri Qriqol Vaşadze deyib.

"Onlar müxalifətin sivilizasiyalı etiraz aksiyası formasından və hakimiyyətin dünənki hadisələr zamanı fəaliyyətindən razılıqlarını bildiriblər", - o, qeyd edib.

Vaşadze vurğulayıb ki, Aİ nümayəndələri "Gürcüstan cəmiyyətinin nail olduğu demokratiyanın yüksək səviyyəsini" qeyd ediblər.

Aİ nümayəndələri heç bir bəyanat verməyib. Onlar Gürcüstan rəhbərliyi, müxalifət nümayəndələri və QHT-lərlə görüşləri davam etdirirlər.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti