...

Azərbaycanda Türkiyə səfirliyi qarşısında Türkiyə-Ermənistan sərhədlərinin açılma ehtimalına etiraz əlaməti olaraq piket keçirilib

Siyasət Materials 13 Aprel 2009 16:25 (UTC +04:00)

Azərbaycan, Bakı, 13 aprel / Trend , müxbir C.Babayeva /

İrəvan Azadlıq Təşkilatı (İAT) bazar ertəsi Türkiyə-Azərbaycan sərhədlərinin açılma ehtimalına etiraz əlaməti olaraq Türkiyənin Azərbaycandakı səfirliyi qarşısında piket keçirib.

İAt sədri Pərviz Musayev Trend -a bildirib ki, eritaz aksiyasında təşkilatın təqribən 40 fəalı iştirak edib. "Piketin əsas şüarları "Ermənlər türklərin düşmənləridir!", "Türkiyə!Qarabağ və İrəvanı unutma!" olub". Aksiyanın sonunda Türkiyə-Ermənistan sərhədlərinin açılma ehtimalına etiraz bəyanatı qəbul olunub və səfirliyə təqdim olunub", - deyə Musayev vurğulayıb.

Türkiyə və Ermənistan hələ 1993-cü ildən kəsilən münasibətləri normallaşdırmağa çalışır. Buna səbəb Ermənistanın beynəlxalq arenada "erməni soyqrımı"nın tanınması ilə bağlı apardığı antitürk kampaniyası, həmçinin Azərbaycan torpaqlarının 20 faizinin onun tərəfindən işğal olunmasıdır.

Türkiyə Prezidenti Abdulla Gül Ermənistan Prezidenti Serj Sarkisyanın, ötən il sentyabrın 6-da futbol üzrə Dünya çempionatının seçmə mərhələsi çərçivəsində Ermənistan-Türkiyə oyununu seyr etməyə dair Yerevana dəvətini qəbul edib.

Bu səfərdən sonra iki ölkə arasında münasibətlərin normallaşdırılması istiqamətində diplomatik səylər davam etdirilir.

Türkiyə ictimaiyyətinin müxtəlif dairələrinin nümayəndələri Ermənistanla sərhədlərin açılacağını güman edirlər.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının 20 faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik 7 rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri, ATƏT-in Minsk Qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti