...

Müxalifətin bir hissəsi prezidentin Avlabari iqamətgahına tərəf hərəkətə başlayıb

Siyasət Materials 13 Aprel 2009 18:46 (UTC +04:00)

Gürcüstan, Tbilisi, 13 aprel / Trend , müxbir N.Kirtsxaliya /

Rustaveli prospektində parlament qarşısında toplaşmış müxalifət və onun tətəfdarları bu dəqiqələrdə Gürcüstan prezidentinin Avlabari iqamətgahına tərəf hərəkətə başlayıb. Mitinqdə Levan Qaçeçiladze bildirib ki, prezident iqamətgahına tərəf müxalifətin elə orada və Gürcüstanın İctimai Televiziyasının qarşısında nümayiş keçirmiş hissəsi hərəkət edib.

Bunlar Konservatorlar partiyası, "Vahid Gürcüstan uğrunda", Xalq partiyası, "Gürcüstan naminə Alyans" və Levan Qaçeçiladzedir.

Bu gündən etibarən prezidentin Avlabari iqamətgahı yaxınlığında müxalifətin piketi 24 saat olacaq.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti