...

Gürcüstan parlamenti məhdud rejimdə fəaliyyət göstərəcək – Avrointeqrasiya Komitəsinin sədri

Siyasət Materials 13 Aprel 2009 19:23 (UTC +04:00)

Gürcüstan, Tbilisi, 13 aprel / Trend , müxbir N.Kirtsxaliya /

Gürcüstan parlamenti məhdud rejimdə fəaliyyət göstərəcək. Bu barədə büronun məxfi iclasından sonra Avrointeqrasiya Komitəsinin sədri David Darçiaşvili deyib.

Darçiaşvilinin sözlərinə əsasən, parlamentin spikeri David Bakradzenin sədrliyi ilə keçirilən büro iclası parlament binasında saat 12-də baş tutub.

Darçiaşvili qeyd edib ki, büroda səsvermə ilə bağlı məsələlərə baxılaraq iclas adi rejimdə keçirilib.

Deputatın sözlərinə əsasən, yaranmış vəziyyətə əsaslanaraq həftə ərzində parlament məhdud rejimdə faliyyət göstərəcək.

Darçiaşvili izah edib ki, məhdudiyyətlər jurnalistlərə də aiddir və buna görə deputatlar jurnalist korpusundan üzr istəyir. Deputat baş verə biləcək qanunsuzluqların qarşısını almaq məqsədilə mühafizənin gücləndirildiyini təsdiq edib. Yaranmış şəraitdə strateji əhəmiyyət kəsb edən obyektin mühafizəsinin gücləndirilməsinə Darçiaşvili bəraət qazandırır. "Parlamentin tam gücü ilə işləməsi müxalif insanları qıcıqlandıra bilər", - Darçiaşvili qeyd edib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti