...

Azərbaycan Prezidenti polşalı həmkarına başsağlığı verib

Siyasət Materials 13 Aprel 2009 20:54 (UTC +04:00)

Azərbaycan Prezidenti İlham Əliyev Kamen-Pomorski şəhərindəki sosial sığınacaqda baş vermiş yanğınla bağlı Polşa Prezidenti Lex Kaçinskiyə başsağlığı ünvanlayıb. Məlumatı "AzərTAc" Dövlət İnformasiya Agentliyi yayıb. 

İlham Əliyev polşalı həmkarına ünvanladığı məktubda faciə ilə əlaqədar Polşa xalqına öz adından və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verdiyini bildirib.

Polşa Prezidenti Kaçinski Kamen-Pomorski şəhərindəki sosial sığınacaqda baş vermiş insanların kütləvi tələfatı ilə nəticələnən yanğın səbəbindən aprelin 13-də matəm elan edib. Üç mərtəbəli binada baş vermiş yanğın 21 nəfərin ölümünə səbəb olub. Təxminən 20 zərərçəkən xəstəxanaya çatdırılıb.

Xəbər lenti

Xəbər lenti