...

Azərbaycanda turizm sahəsinin inkişafı ilə əlaqədar Naftalan şəhərinin inzibati ərazisi genişləndiriləcək

Siyasət Materials 14 Aprel 2009 14:30 (UTC +04:00)

Azərbaycan, Bakı, 14 aprel / Trend , müxbir C.Babayeva /

Azərbaycanda turizm sahəsinin inkişafı ilə əlaqədar Naftalan şəhərinin (paytaxt Bakıdan 320 kilometr qərbdə) inzibati ərazisi genişləndiriləcək.

Trend -un məlumatına görə, Azərbaycan Milli Məclisinin çərşənbə axşamı keçirilən iclasında Goranboy rayonunun və Naftalan şəhərinin inzibati ərazi bölgüsündə qismən dəyişikliklər edilməsi haqqında qanun layihəsi qəbul olunub.

Trend -un arayışı: Naftalan nefti öz bioloji təsirinə görə dünya praktikasında analoqu olmayan orijinal və özünəməxsus bir məhsuldur. Bu neftin əsasında böyük miqyasda müalicəvi preparat - "ağ naftalan" adlandırılan qətransızlaşdırılmış naftalan istehsal edilir.

Qətransızlaşdırılmış naftalan nativ naftalan neftindən alınan müalicəvi preparatdır. Qətransızlaşdırılmış naftalan bir çox xəstəliklərdə əvəzolunmaz müalicəvi təsir göstərir.

Qanuna əsasən, Goranboy rayonunun Qasımbəyli, Tatarlı və Qaşaltı Qaraqoyunlu kəndlərindən 574,82 hektar torpaq sahəsi Naftalan şəhərinin inzibati ərazisinə veriləcək.

Milli Məclis həmçinin Bərdə rayonunun Dilənçilər kəndinin adının dəyişdirilməsi haqqında qanun qəbul edib. Qanuna əsasən, Dilənçilər kəndi Çəmənli kəndi adlandırılacaq.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti