...

Latviya XİN rəhbərinin Azərbaycana səfəri başlayır

Siyasət Materials 16 Aprel 2009 09:03 (UTC +04:00)
Latviya XİN rəhbərinin Azərbaycana səfəri başlayır

Azərbaycan, Bakı, 15 aprel / Trend , müxbir C.Babayeva /

Cümə axşamı başlayan səfər çərçivəsində Latviyanın xarici işlər naziri Maris Riekstinş Bakıda Azərbaycan və Latviyanın iqtisadiyyat sahəsindəki əməkdaşlığını müzakirə edəcək.

Aprelin 16-17-də baş tutacaq rəsmi səfər çərçivəsində Riekstinş Azərbaycanın bir sıra rəsmiləri ilə görüşlər keçirəcək.
"İki ölkənin xarici işlər nazirlərinin görüşündə ikitərəfli əlaqələrin yaxın perspektivləri müzakirə ediləcək", - bir müddət öncə Latviyanın Azərbaycandakı səfiri Mixailis Popkovs Trend -a deyib. 

Hökumətlərarası komissiyanın gündəliyi və ilin birinci yarısında nəzərdə tutulan Latviya Prezidenti Valdis Zatlersin Azərbaycana səfəri müzakirə ediləcək.
"Latviya və Azərbaycan arasında belə bir ənənə var - prezidentlərin səfəri biznes-forumlarla müşayiət edilir. Latviya Prezidentini iqtisadiyyat sahəsindən olan nümayəndə heyətinin müşayiət edəcəyi istisna deyil", - bir müddət öncə Azərbaycanın Latviyadakı səfiri Tofiq Zülfüqarov deyib.
Azərbaycan Dövlət Statistika Komitəsinin verdiyi məlumata əsasən, 2008-ci il ərzində iki ölkə arasındakı mal dövriyyəsi 7857,9 min dollar təşkil edib ki, bunun da 3974,6 min dolları ixracın, 3883,3 min dollar isə idxalın payına düşür. 

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]
      

Xəbər lenti

Xəbər lenti