...

İranın nüvə proqramı ilə bağlı danışıqlar dövrü sona çatıb - İran prezidenti

Siyasət Materials 16 Aprel 2009 10:51 (UTC +04:00)

İran prezidenti Mahmud Əhmədinejad bildirib ki, İranın nüvə proqramı ilə bağlı danışıqlar dövrü sona çatıb və artıq zaman geriyə qayıtmayacaq. Bu barədə FARS xəbər agentliyi məlumat yayıb.

"İranın nüvə məsələsi ilə bağlı danışıqlar sona çatıb və artıq zaman geri qayıtmayacaq. Bu gün dünyanın digər problemləri ətrafında danışıqlar aparmaq lazımdır", - deyə Əhmədinejad Kerman şəhərində dini alimlərlə görüşü zamanı bildirib.

Əhmədinejad əlavə edib ki, bu gün beynəlxaq qurumlarda, o cümlədən BMT Təhlükəsizlik Şurasında islahatlar aparılmalıdır. "Bu gün həqiqi ədalət və sülh haqqında danışmaq vaxtıdır. İran bu sahədə danışıqlar aparmağa hazırdır", - deyə Əhmədinejad bildirib.

"İran xalqını nüvə məsələsi ilə bağlı sıxışdırırdılar və utanmadan İranın nüvə proqramını dayandırmasını istəyirdilər. Lakin bu gün etiraf edirlər ki, İranın iştirakı olmadan beynəlxalq və regional məsələləri həll edə bilmirlər", - deyə Əhmədinejad bildirib.

"Bu gün dünyada baş verən proseslərin əksəriyyəti İranın apardığı siyasətin təsiri altındadır, - İran prezidenti deyib.

Xəbər lenti

Xəbər lenti