...

Azərbaycan Prezidenti bələdiyyə qanunvericiliyi ilə bağlı fərman imzalayıb

Siyasət Materials 16 Aprel 2009 18:08 (UTC +04:00)

Azərbaycan Prezidenti "Bələdiyyələrin birgə fəaliyyəti, birləşməsi, ayrılması və ləğv edilməsi haqqında" və "Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət haqqında" Azərbaycan Respublikasının qanunlarına dəyişikliklər və əlavələr edilməsi barədə" 17 mart 2009-cu il tarixli Qanunun tətbiq edilməsini təmin etmək məqsədi ilə fərman imzalayıb. Bu barədə cümə axşamı AzərTAc Dövlət İnformasiya Agentliyi məlumat yayıb.

Nazirlər Kabinetinə bir ay müddətində qüvvədə olan qanunvericilik aktlarının həmin Qanuna uyğunlaşdırılması barədə təkliflərini hazırlayıb Prezidentə təqdim etmək tapşırılıb.

Nazirlər Kabineti özünün və müvafiq mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını təmin etməli, "Bələdiyyələrin birgə fəaliyyəti, birləşməsi, ayrılması və ləğv edilməsi haqqında" Azərbaycan Respublikası Qanununun 8-1-ci maddəsində nəzərdə tutulmuş komissiyanın say tərkibi və fəaliyyət qaydası barədə təkliflərini hazırlayıb Prezidentə təqdim etməlidir.

"Bələdiyyələrin birgə fəaliyyəti, birləşməsi, ayrılması və ləğv edilməsi haqqında" Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinin ikinci hissəsində "müvafiq icra hakimiyyəti orqanı" dedikdə Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi nəzərdə tutulur;
Qanunun 8-1-ci maddəsində "müvafiq icra hakimiyyəti orqanı" dedikdə Nazirlər Kabineti, "müvafiq icra hakimiyyəti orqanları" dedikdə isə Ədliyyə Nazirliyi, Maliyyə Nazirliyi, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi, Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi və müvafiq yerli icra hakimiyyəti orqanı nəzərdə tutulur.

Xəbər lenti

Xəbər lenti