...

İran xalqı dünyanın idarə edilməsində fəal şəkildə iştirak etməyə hazırdır – İran Prezidenti

Siyasət Materials 18 Aprel 2009 10:44 (UTC +04:00)
İran xalqı dünyanın idarə edilməsində fəal şəkildə iştirak etməyə hazırdır – İran Prezidenti

İranın Tehran şəhərində İmam Xomeyninin ziyarətgahı ətrafında şənbə günü keçirilən hərbi paradda İran Prezidenti Mahmud Əhmədinejad iştirak edir. Bu barədə hərbi paraddan canlı yayım verən İranın İRİNN kanalı məlumat verib .

Hərbi parad İranda Silahlı Qüvvələr Günü münasibətilə keçirilir. Hərbi paradda İran Silahlı Qüvvələrinin bütün bölmələri, Sepah korpusu qüvvələri və quru qoşunlar iştirak edir. 

Paradda İran Hərbi Hava Qüvvələrinin 140 qırıcı təyyarəsinin iştirakı da gözlənilirdi, lakin hava tutqun və dumanlı olduğu üçün hərbi təyyarələrin paradı ləğv edilib.

Bu il Silahlı Qüvvələr Günündə İranın tarixində ən böyük hava paradının keçiriləməsi nəzərdə tutulmuşdu, F14, F7, F5, F4 qırıcı, Saiqə, MiQ29, Suxoy, C-130, P3F və Boinq 707 və 747 tipli təyyarələrinin iştirak gözlənilirdi.

Hərbi paradın açılış mərasimində çıxış edən İran Prezidenti Əhmədinejad bildirib ki, İran xalqı dünyanın idarə edilməsində fəal şəkildə iştirak etməyə hazırdır. "İran xalqı üstün dəyərlərinə və güclü ordusuna görə, dünyanın idarə edilməsində və dünyanın müxtəlif regionlarında təhlükəsizliyin təmin olunmasında fəal iştirak etməyə hazırdır", - deyə İran Prezidenti Əhmədinejad bildirib.

Xəbər lenti

Xəbər lenti