...

İsveç və Azərbaycan stomatoloqları təcrübələrini bölüşəcəklər – AŞPA nümayəndəsi

Siyasət Materials 18 Aprel 2009 16:16 (UTC +04:00)

Azərbaycan, Bakı, 18 aprel / Trend Y.Ostapenko/ AŞPA siyasi komitəsinin sədri Yoran Lindbledin Bakıya səfərinin əsas məqsədi səhiyyə sahəsində təcrübə mübadiləsi ilə bağlıdır. Xüsusən stomotologiya sahəsində.

"Biz həmkarlarımız və rəsmi nümayəndələrlə təcrübə mübadiləsi aparmaq istərdik. Çalışacağıq Azərbaycan və İsveç maraqlarını uyğunlaşdıraq", - Lindbled bu gün Trend -a deyib.

İsveç parlamenti deputatı Lindbledin İsveç parlamentariləri və tibb müəssisələri nümayəndələri tərkibində Bakıya səfəri iki gün sürəcək. Lindbledi səhiyyə və stomotologiyada praktiki nəzarət üzrə ekspertiza keçirəcək stomotoloqlardan ibarət qrup müşayət edir.

Hazırda AŞPA nümayəndəsi Britaniyanın BP neft şirkətinin "Villa Petrolea" ofisindədir. Orada qonaqlar Azərbaycan ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağırovla görüşəcək.

Lindbledin sözlərinə əsasən, hazırki səfər siyasətdən kənar olaraq təcrübə mübadiləsi səviyyəsində işgüzar xarakter daşıyır. 

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti