...

Azərbaycan Prezidenti İran səfirini diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar qəbul edib

Siyasət Materials 20 Aprel 2009 17:20 (UTC +04:00)

Azərbaycanın Prezidenti İlham Əliyev bazar ertəsi İran İslam Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Nəsir Həmidi Zareni diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar qəbul edib. Məlumatı AzərTAc Dövlət İnformasiya Agentliyi yayıb.

Dövlət başçısı səfirin Azərbaycandakı diplomatik fəaliyyəti müddətində iki ölkə arasında əlamətdar hadisələrin baş verdiyini, qarşılıqlı səfərlərin, müxtəlif səviyyəli görüşlərin keçirildiyini və ayrı-ayrı anlaşmaların əldə edildiyini vurğulayıb. Səfirə gələcək fəaliyyətində uğurlar arzulayan Prezident iki ölkə arasında münasibətlərin gələcəkdə də inkişaf edəcəyinə ümidvar olduğunu bildirib.

Nəsir Həmidi Zare səfir kimi çalışdığı müddətdə hər iki ölkə rəhbərlərinin müəyyənləşdirdikləri istiqamətə uyğun olaraq, Azərbaycanla İran arasında əlaqələrin müxtəlif sahələrdə inkişaf etdiyini vurğulayıb və qarşılıqlı münasibətlərin bundan sonra da möhkəmlənəcəyinə əminliyini söyləyib.

Xəbər lenti

Xəbər lenti